Avropanın bir çox ölkəsində rekord temperatur qeydə alınıb. Fransa, İspaniya və İtaliyada termometrlər 40 dərəcəni keçib, bəzi bölgələrdə isə fövqəladə vəziyyət elan olunub. Mütəxəssislər istilərin enerji sistemləri və səhiyyə xidmətlərinə ciddi təzyiq göstərdiyini bildirirlər.

Postxronika.az The Guardian'a istinadən  xəbər verir ki, hazırda 94 milyondan çox insanın 35 dərəcədən yuxarı temperatur şəraitində yaşadığı bildirilir. Bir sıra ölkələrdə məktəblər bağlanıb, nəqliyyatın fəaliyyətində məhdudiyyətlər tətbiq olunub.