Böyük Britaniyanın Baş naziri vəzifəsindən ayrılacağını açıqlayan Kir Starmer parlamentdə ilk çıxışını edib. O, hökumətinin ölkəni daha yaxşı vəziyyətdə qoyduğunu və tənqidlərə cavab verdiyini bildirib.

Postxronika.az The Guardian'a istinadən xəbər verir ki, parlament iclası zamanı iqtidar və müxalifət nümayəndələri arasında sərt mübahisələr yaşanıb. Eyni zamanda hakim Leyboristlər Partiyasında rəhbərlik dəyişikliyi prosesi davam edir.