Postxronika.az reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasının yayılması ona qarşı görülən tədbirləri üstələməyə davam edir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus bildirib.
"Əldə etdiyimiz müsbət irəliləyişlərə baxmayaraq, hələ də ciddi çətinliklərlə üzləşirik və epidemiya ona qarşı görülən tədbirləri üstələməkdə davam edir", - o, mətbuat konfransında deyib.
Tedros qeyd edib ki, Ebola epidemiyasının qlobal risk səviyyəsi aşağı olaraq qalır. Bununla yanaşı, o, virusun nadir Bundibuqyo ştamının yayılmasının qarşısını almaq üçün tədbirlərin daha da gücləndirilməsinə çağırıb.