Postxronika.az reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri çərşənbə günü ölkəsinin qoşunlarını Livanın cənubundan çıxarmayacağını bəyan edib. Bu isə İran və ABŞ arasında sülh danışıqları qarşısında maneələrdən biri kimi qiymətləndirilir.

Bu arada ABŞ-ın yüksək səviyyəli diplomatı Marko Rubio təklif olunan razılaşmaya şübhə ilə yanaşan müttəfiqləri razı salmaq məqsədilə Yaxın Şərq ölkələrinə səfər edir.

Qeyd olunur ki, ABŞ və İran ötən həftə Yaxın Şərqdə vəziyyəti sarsıdan və qlobal iqtisadiyyatlara təzyiq göstərən müharibəyə son qoymaq üçün ilkin razılaşma imzalayıblar.

Münaqişə nəticəsində dünya neftinin və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazının bağlanması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb.