Böyük Britaniya kralı III Çarlz monarxiyanın fəaliyyətində şəffaflığın artırılması məqsədilə şəxsi maliyyə və vergi ödənişləri ilə bağlı məlumatları ictimaiyyətə açıqlamağa hazırlaşır. Bu qərar Britaniya kral ailəsinin maliyyə fəaliyyətinə dair daha açıq məlumat verilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.

Postxronika.az Associated Press'ə istinadən xəbər verir ki, III Çarlzın vergi ödənişləri barədə məlumatların açıqlanması Britaniya monarxiyası tarixində ilk belə təşəbbüslərdən biri hesab olunur. Mütəxəssislərin fikrincə, bu addım kral ailəsinə ictimai etimadın gücləndirilməsinə və maliyyə şəffaflığının artırılmasına xidmət edəcək.