DÇ-2026-nın D qrupunun 3-cü turunda keçirilən Türkiyə - ABŞ oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Postxronika.az  FİFA-nın saytına istinadən xəbər verir ki, bu, Türkiyə millisinin üzvü Arda Güler olub.

21 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 10-cu dəqiqədə qol vurmağı bacarıb.

Sözügedən görüş Türkiyə yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.