Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Zaporojye vilayətinin Tokmak şəhərinə endirilən zərbəni kəskin pisləyib.
Postxronika.az xəbər verir ki, Zaxarova Ukrayna qüvvələrinin Tokmakdakı sıxlıq olan bazara bilərəkdən dron (PUA) zərbələri endirdiyini bildirib. İlkin məlumatlara görə, hücum nəticəsində 5 nəfər həlak olub, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
XİN rəsmisi həmçinin iddia edib ki, hadisə yerində yaralılara kömək etməyə çalışan və onları tibb müəssisələrinə təxliyə edən şəxslər də hədəfə alınıb. Zaxarova bu hadisəni mülki əhaliyə qarşı yönəlmiş hərbi cinayət adlandıraraq, Qərbin bu məsələyə səssiz qaldığını vurğulayıb.