Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən respublika ərazisində cinayətkarlıqla mübarizə, asayişin qorunması və qanunsuz dövriyyədə olan narkotik vasitələrin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 3-də ölkə ərazisində operativ əməliyyat şəraiti nəzarətdə saxlanılaraq bir sıra mühüm nəticələr qeydə alınıb. Belə ki, polis əməkdaşları tərəfindən gün ərzində qeydə alınan 22, həmçinin əvvəlki dövrlərdən bağlı qalan daha 2 cinayətin açılması operativ şəkildə təmin olunub. Həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif cinayət əməlləri törətməkdə şübhəli bilinən 19 nəfər müəyyən edilərək saxlanılıb.
Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxslərin yaxalanması istiqamətində də kəsərli addımlar atılıb. Əməliyyatlar nəticəsində axtarışda olduğuna görə ümumilikdə 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib ki, onlardan da 29 nəfəri borclu şəxs qismində axtarılanlar olub.
Narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilərək qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.