Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib. 

Postxronika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda aparıcı özü instaqram hesabında məlumat verib.

O, avtomobilinin fotosunu paylaşaraq, “ Bu da belə getdi”, - sözlərini yazıb.

Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. 

“Gəncəyə çataçatda oldu. Salamatçılıqdır”, - deyə əlavə edib.