İyulun 4-ü saat 15:37-15:42 radələrində Şuşa şəhərinə intensiv yağışla bərabər dolu yağıb.
Postxronika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 16:00-a olan rəsmi məlumatında qeyd olunub.
Bildirilib ki, Şuşa şəhərinə düşən dolunun diametri 5-8 mm təşkil edib.