Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün daha da əlçatan olması istiqamətində tədbir görülüb.

Postxronika.az agentliyin rəsmi məlumatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.

​Yeni xətlər üzrə mikroavtobusların marşrutları bu şəkildə müəyyən edilib:

​C1 nömrəli mikroavtobus: Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu əlaqələndirir.

​C2 nömrəli mikroavtobus: Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.

​Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. İstifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir. Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı, ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yarаdır.

​Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları və bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.