Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də və 5-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan isə 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Postxronika.az xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Sutka ərzində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən daha 78 nəfər saxlanılıb.

​Həmçinin iyulun 4-də və 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq ailələrinə təhvil verilib.