Son günlər sosial şəbəkələrdə 500, 503 və 508 nömrəli marşrut avtobuslarında kondisionerlərin işləməməsi ilə bağlı şikayətlər yayılıb.

Postxronika.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən BakuBus bildirib ki, qeyd olunan marşrutlarda kondisionerlər işlək vəziyyətdədir. Qurumun məlumatına görə, yalnız 500 nömrəli marşrut üzrə bir avtobusda nasazlıq olub və problem aradan qaldırılıb.