ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
Postxronika.az xəbər verir ki, Portuqaliya və İspaniya yığmaları üz-üzə gəlib. ABŞ-nin Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
İspaniya millisinin 1/4 finaldakı rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq. Bu oyun gecə saat 04:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıb. Mundiala iyulun 19-da yekun vurulacaq.