​"Azərbaycan Dəmir Yolları" (ADY) QSC 2026-cı ilin iyun ayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Postxronika.az qurumun rəsmi məlumatına istinadən xəbər verir ki, qeyd olunan dövrdə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38% üstələyib.

​Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67% (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48% (47 240 ton) artım qeydə alınıb.