​İyulun 6-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan isə 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

​Gün ərzində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən daha 25 nəfər saxlanılıb.