Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya 32 üzv ölkənin iştirakı ilə keçirilən zirvə toplantısında dövlət və hökumət başçılarını qəbul edəcək.

Postxronika.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ukraynadakı vəziyyət və alyansın cənubunda son dövrdə baş verən hadisələrin müzakirə ediləcəyi sammitdə NATO üzvü olan 32 ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, 100-ə yaxın nazir, çox sayda yüksəksəviyyəli diplomat və beynəlxalq təşkilat nümayəndəsi iştirak edir.

​Zirvə toplantısı çərçivəsində Türkiyə dövlət başçısının bəzi liderlərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Ərdoğan Bakı vaxtı ilə saat 12:00-da Kanadanın Baş naziri Mark Karni, saat 13:30-da isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə bir araya gələcək.

​Türkiyə Prezidenti saat 16:00-da ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq. Axşam saat 20:30-da isə Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan tərəfindən dövlət və hökumət başçılarının, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət veriləcək.