Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə tutulan 20 manatlıq dövlət rüsumunun ləğv edilməsi təklif olunur.
Postxronika.az xəbər verir ki, bu dəyişiklik yeni "Qaz təchizatı haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə bununla bağlı "Dövlət rüsumu haqqında" qanunun müvafiq maddəsinin ləğvi nəzərdə tutulur.