Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin qiymətlərində ciddi endirimlə bağlı müzakirələr aparılmır.

Postxronika.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərəADY rəsmisi: "Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin qiymətində ciddi endirim müzakirə olunmur" açıqlamasında bildirib.

​A.Fərəcovun sözlərinə görə, hazırda bu istiqamətə biletlər minimal qiymətlərlə satışa təqdim olunub. Departament rəisi, həmçinin qeyd edib ki, köhnə tipli vaqonların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və təhlükə mövcud deyil.