​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.
Postxronika.az  xəbər verir ki, ötən il dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 5,4 faiz, proqnozlaşdırılanla müqayisədə isə 2,2 faiz çoxdur.
​Hesabat dövründə büdcənin xərcləri 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 faiz çox, proqnozla müqayisədə isə 6,8 faiz azdır.
​İl ərzində dövlət büdcəsində 580 milyon manat və ya ÜDM-in 0,45 faizi həcmində profisit yaranıb. Profisitə səbəb daxilolmalar üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsi, həmçinin büdcə təşkilatlarının öz xərclərini proqnozlaşdırılandan 2 milyard 803 milyon manat az icra etməsidir.