Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2029-cu ildə ölkədə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb. Bu proses Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə edəcək.

Postxronika.az xəbər verir ki, siyahıyaalınma ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədi daşıyır. Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə növbəti siyahıyaalınma həmin ilin oktyabrın 1-dən 31-dək reallaşacaq.

​Siyahıyaalınma ilə bağlı hazırlıq və təşkilat işləri Dövlət Statistika Komitəsinə həvalə edilib. Nazirlər Kabineti iki ay müddətində müvafiq tədbirlər planını təsdiq etməli, həmçinin aidiyyəti dövlət qurumlarının informasiya sistemlərindəki zəruri məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasını təmin etməlidir.