ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son oyun günündə son dünya çempionu Argentina və Misir milli komandaları üz-üzə gəliblər.
Postxronika.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"unda baş tutan qarşılaşmada gərgin anlar yaşanıb. Oyunun gedişatında 0:2 hesabı ilə geriyə düşən Argentina yığması matçın son dəqiqələrinə doğru böyük xarakter nümayiş etdirərək ardıcıl qollarla vəziyyəti öz xeyrinə dəyişməyi bacarıb. Meydandan 3:2 hesablı dramatik və möhtəşəm qələbə ilə ayrılan "tanqoçular" adlarını rəsmən 1/4 finala yazdırıblar.
Qeyd edək ki, fransalı baş hakim Fransua Leteksiyenin idarə etdiyi oyunda Misirin qollarını 15-ci dəqiqədə Yasser İbrahim və 67-ci dəqiqədə M. Ziko vurub. Argentinanın geri dönüş qollarına isə 79-cu dəqiqədə K. Romero, 83-cü dəqiqədə Lionel Messi və 90+2-ci dəqiqədə Enso Fernandez imza atıb.
Xatırladaq ki, DÇ-2026-nın qalibi iyulun 19-da keçiriləcək final oyununda müəyyənləşəcək.