Almaniyada keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa çempionatının ilk iki günü gənc idmançılarımız üçün uğurlu startla yaddaqalıb. Üzgüçülərimiz yarışlarda 4 şəxsi rekord yeniləyib və 1 final mərhələsinə vəsiqə qazanıblar.
Postxronika.az xəbər verir ki, çempionatda idmançılarımızın yenilədiyi şəxsi rekordlar və göstərdiyi nəticələr aşağıdakı kimidir:
Yeqor Maynitski (50 m, bras üsulu): Çempionat nəticəsi: 30.37 (Öncəki ən yaxşı nəticəsi: 30.82)
Məryəm Cavadova (50 m, sərbəst üsul): Çempionat nəticəsi: 27.66 (Öncəki ən yaxşı nəticəsi: 28.75)
Yeqor Maynitski (200 m, qarışıq üsul): Çempionat nəticəsi: 2.07.55 (Öncəki ən yaxşı nəticəsi: 2.08.66)
Fərhad Şirməmmədli (1500 m, sərbəst üsul): Çempionat nəticəsi: 16.12.25 (Öncəki ən yaxşı nəticəsi: 16.34.53)
Eyni kateqoriyada (1500 metr sərbəst üsul) mübarizə aparan digər təmsilçimiz Süleyman İsmayılzadə isə 15.37.48 nəticə göstərərək final mərhələsinə yüksəlməyi bacarıb.
Qeyd edək ki, iyulun 7-dən 12-dək Münhen şəhərində keçirilən turnirdə milli komandamız baş məşqçi Luka Qabrilo, məşqçilər Rəşad Əliyev və Ruslan Hətəmxanovun rəhbərliyi altında 7 idmançı ilə təmsil olunur.