Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-də qanun pozuntuları aşkarlayıb.
Postxronika.az “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, Dövlət Agentliyi bununla bağlı iyunun 10-da və 23-də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iki inzibati xəta protokolu tərtib edib.
Məlumata görə, protokollar qida məhsullarının üzərində göstərilən qiymətdən daha baha qiymətə satılması faktına görə rəsmiləşdirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi istehlakçıların az miqdarda aldadılmasına görə məsuliyyət nəzərdə tutur və bu halda hüquqi şəxslər 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilə bilər.