Türkmənistan Azərbaycandakı səfirliyinin yeni inzibati binasının tikintisini planlaşdırır.

Postxronika.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi beynəlxalq müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şirkətlərdən ərizə və təkliflər 2026-cı il avqustun 19-dək qəbul ediləcək və qeydiyyata alınacaq.