Mopedlərlə bağlı yeni dövlət rüsumları təsdiqlənib.
Postxronika.az xəbər verir ki, yeni rüsumlara əsasən, mopedlərin texniki baxışına görə 15 manat, qeydiyyata alınmasına görə isə 10 manat ödəniləcək.
Dövlət nömrə nişanının verilməsi üçün rüsum 15 manat, sürücülük imtahanı üçün 40 manat, təkrar imtahan üçün isə 20 manat, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, qeydiyyat şəhadətnaməsi isə 30 manat müəyyən edilib.
Bundan əlavə, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, həmçinin qeydiyyat şəhadətnaməsinin təqdim olunması üçün 30 manat dövlət rüsumu tətbiq ediləcək.