“Qarabağ” klubunda növbəti ayrılıq rəsmiləşib. Kolumbiyalı hücumçu Kamilo Duran karyerasını Şotlandiyanın “Seltik” klubunda davam etdirəcək.
Postxronika.az xəbər verir ki, Ağdam təmsilçisi futbolçunun transferi ilə bağlı “Seltik”in təklifini qəbul edib. Klubun yaydığı məlumata əsasən, Kamilo Duranın istəyi də nəzərə alınıb və tərəflər arasında aparılan danışıqlar uğurla başa çatıb. Nəticədə, klublar transferlə bağlı tam razılığa gəliblər.
Qeyd edək ki, 2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən Kamilo Duran bu müddətdə 45 oyunda meydana çıxıb və 15 qola imza atıb. Hücumçu Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off mərhələsində də çıxış edib.
Kamilo Duran “Qarabağ”dan ayrıldı