Qadın güləşçimiz Ruzanna Məmmədova U20 Avropa çempionatında qızıl medal qazanaraq Avropa çempionu olub.

Postxronika.az xəbər verir ki, 62 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə Türkiyə təmsilçisi Özdenur Özmezi 6:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Ruzanna Məmmədova U20 Avropa çempionatını qızıl medalla başa vurub.