İspaniya millisi FIFA qarşılaşmasında Belçika üzərində son dəqiqələrdə qazandığı qələbə ilə yadda qaldı.

Postxronika.az xəbər verir ki, görüşün ilk yarısı qarşılıqlı qollarla 1:1 hesabı ilə başa çatıb. İspaniya yığmasının heyətində hesabı Fabian Ruiz açıb, Belçikanın cavab qolunu isə Charles De Ketelaere vurub.

Matçın gedişində Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne sarı vərəqə ilə cəzalandırılıb. Komandanın qapıçısı Thibaut Courtois isə 71-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib.

Qarşılaşmanın taleyini 87-ci dəqiqədə Mikel Merino həll edib. Təcrübəli futbolçunun vurduğu qol İspaniyaya 2:1 hesablı qələbə qazandırıb.