Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində həyata keçirilən işlərlə tanış olub, həmçinin doğma yurdlarına qayıdan sakinlərlə görüş keçirib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı kənddə aparılan quruculuq və abadlıq işlərinin gedişi ilə maraqlanıb, daha sonra burada məskunlaşan sakinlərlə söhbət edib.