Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev “Neftçi” klubu ilə yollarını ayırdığını açıqlayıb.
Postxronika.az xəbər verir ki, 36 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
A.Həmzəyev bildirib ki, “Neftçi” ilə iki mövsümlük yolunun başa çatdığını qeyd edərək, klubun formasını hər zaman böyük qürurla daşıdığını vurğulayıb. O, bu müddət ərzində komanda ilə unudulmaz anlar yaşadıqlarını, çətinlikləri birlikdə dəf etdiklərini və dəyərli dostluqlar qazandıqlarını ifadə edib.
Təcrübəli basketbolçu “Neftçi”nin rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarına, klub əməkdaşlarına və azarkeşlərə təşəkkürünü bildirib. O, bu klubun həyatında xüsusi yer tutduğunu və qəlbində hər zaman əziz xatirələrlə yaşayacağını qeyd edib.