Almaniyanın “Lufthansa” aviaşirkətinin sərnişinlər üçün təqdim etdiyi uçuş xəritəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təhrifə yol verildiyi iddia olunur.

Postxronika.az  Demokrat.az-a istinadən yaydığı məlumata əsasən xəbər verir ki,aviaşirkətin platformasında uçuş zamanı nümayiş etdirilən canlı xəritədə Xankəndi şəhərinin adı qondarma “Stepanakert” kimi göstərilib.

Bildirilir ki, sözügedən hal iyulun 7-də həyata keçirilən reys zamanı qeydə alınıb.

Məlumata əsasən, “Lufthansa” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Azərbaycan tərəfi beynəlxalq platformalarda ölkənin suverenliyi və ərazi bütövlüyünə zidd olan bu cür adlandırmaların yolverilməz olduğunu dəfələrlə bəyan edib.