Azərbaycanda elektron siqaretlərlə bağlı qanunvericilikdə yeni dəyişikliklər edilir.

Postxronika.az xəbər verir ki, dəyişikliklərə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan olunur. Bununla yanaşı, elektron siqaretlər aksizli malların siyahısından çıxarılır.

Qeyd edək ki, sözügedən dəyişiklik elektron siqaretlərin dövriyyəsinin tam məhdudlaşdırılması məqsədilə qanunvericiliyin yeni tələblərə uyğunlaşdırılmasını nəzərdə tutur.

Dəyişiklik qüvvəyə mindikdən sonra elektron siqaretlərin ölkə ərazisində dövriyyəsi qanunvericiliyə uyğun şəkildə tənzimlənəcək.