İspaniya Fransanı məğlub edərək ilk finalçı olub.
Postxronika.az xəbər verir ki, yarımfinal mərhələsi çərçivəsində Fransa və İspaniya milli komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşma ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə İspaniya millisi dünya çempionatının finalına yüksələn ilk komanda olub.
Qeyd edək ki, sabah yarımfinal mərhələsinin digər qarşılaşmasında Argentina və İngiltərə milliləri qarşılaşacaqlar. Bu oyunun qalibi finalda İspaniyanın rəqibi olacaq.