Dövlət Sərhəd Xidmətinin (DSX) “Lənkəran” sərhəd dəstəsində növbəti “Açıq qapı” günü keçirilib.

Postxronika.az xəbər verir ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri sərhəd dəstəsində yaradılan xidmət və sosial-məişət şəraiti ilə yaxından tanış olublar.

Tədbir zamanı xidmətdə fərqlənən sərhədçilər və nümunəvi valideynlər təltif edilib. Daha sonra qonaqlar əsgərlərlə birlikdə nahar edib, onları maraqlandıran suallar DSX nümayəndələri tərəfindən cavablandırılıb.