Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi “Sağlam həmkar” minifutbol turnirinə yekun vurulub.


Postxronika.az xəbər verir ki, final görüşündə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandasını 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.


Yekun nəticələrə əsasən, ikinci yeri Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası, üçüncü yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası tutub.


Qaliblərə kubok, medal və diplomlar təqdim olunub. Həmçinin “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı” və “Ən məhsuldar futbolçu” nominasiyaları üzrə fərqlənən iştirakçılar xüsusi mükafatlarla təltif ediliblər.


Qeyd edək ki, iyunun 6-da start götürən “Sağlam həmkar” minifutbol turnirində AHİK-in üzv təşkilatlarını təmsil edən 17 komanda 4 qrup üzrə mübarizə aparıb.