İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 marşrutu bundan sonra Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu üzrə hərəkət edəcək.

Qeyd olunub ki, avtobus bu hissədən sonra marşrutunu mövcud hərəkət sxemi üzrə davam etdirəcək.