Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə paytaxtın bir sıra küçələrində təmir işlərinə başlanılır.
Postxronika.az xəbər verir ki, təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq həmin yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Təmir işləri aparılacaq küçələrin siyahısı:
İyulun 16-dan etibarən:
Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi;
Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi;
Nizami rayonu, Əliağa Kürçaylı küçəsi.
İyulun 17-dən etibarən:
Nizami rayonu, C.Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi);
Yasamal rayonu, Ayna Sultanova küçəsi.
Qurumdan sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və mümkün olduqda alternativ yollardan istifadə etmələri xahiş olunur.