2026-cı il dünya çempionatının yarımfinal mərhələsində İngiltərə ilə Argentina üz-üzə gəlib.
Postxronika.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi gərgin və aqressiv mübarizə şəraitində keçib. Hakim 37-ci dəqiqədə İngiltərə millisinin futbolçusu Elliot Andersona, 42-ci dəqiqədə isə Argentina yığmasının üzvü Lisandro Martinesə sarı vərəqə göstərib. İlk 45 dəqiqədə hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan İngiltərə 56-cı dəqiqədə Anthony Gordonun qolu ilə hesabda önə keçib. Lakin Argentina oyunun sonlarında geridönüş etməyi bacarıb. 85-ci dəqiqədə Enzo Fernandez bərabərlik qolunu vurub, əlavə olunmuş vaxtın ikinci dəqiqəsində isə Lautaro Martines fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
Beləliklə, Argentina İngiltərəni məğlub edərək dünya çempionatının finalına vəsiqə qazanıb. İngiltərə isə üçüncü yer uğrunda mübarizə aparacaq.