Gəncənin “Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Postxronika xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “sarı-göylər” yarımmüdafiəçi Vadim Abdullayevi transfer edib. Futbolçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Vadim Abdullayev ötən mövsüm “Karvan-Yevlax”ın formasını geyinib. O, 31 oyunda meydana çıxaraq 1 qol vurub.