Asiya İnkişaf Bankına (ADB) yeni vitse-prezident təyin edilib.

Postxronika.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bildirilib ki, Vempi Saputra ADB-nin vitse-prezidenti vəzifəsinə təyin olunub. O, bu ilin sentyabr ayından etibarən vəzifəsinin icrasına başlayacaq.

Məlumata görə, yeni vitse-prezident bankın sektorlar, iqlim və davamlı inkişaf istiqamətləri, eləcə də fəaliyyətlərin koordinasiyası sahəsindəki işlərinə rəhbərlik edəcək.