ABŞ-də kommersiya məqsədli xam neft ehtiyatlarının həcmi ötən həftə azalıb.

Postxronika.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Məlumata görə, hesabat həftəsində ölkənin kommersiya xam neft ehtiyatları 1 milyon 700 min barel azalaraq 409 milyon 700 min barel təşkil edib. Bazar iştirakçıları ehtiyatların 1 milyon 800 min barel azalacağını proqnozlaşdırırdılar.

EIA-nın məlumatına əsasən, kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 3 milyon barel azalaraq 316 milyon 500 min barelə düşüb.

Bununla yanaşı, ABŞ-də benzin ehtiyatları da 1 milyon 500 min barel azalaraq 210 milyon 500 min barel olub.