Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayında artım qeydə alınıb.
Postxronika.az xəbər verir ki, rəsmi statistikaya əsasən, Daun sindromu ilə qeydiyyatda olan şəxslərin sayı 2021-ci ildə 857 nəfər olub.
Bu göstərici 2022-ci ildə 977 nəfərə, 2023-cü ildə 1172 nəfərə, 2024-cü ildə isə 1259 nəfərə yüksəlib. 2025-ci ildə qeydiyyatda olanların sayı 1122 nəfər təşkil edib.
Beləliklə, 2021-ci illə müqayisədə 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı təxminən 31 faiz artıb. Bununla belə, 2025-ci ildə 2024-cü illə müqayisədə qeydiyyata alınan şəxslərin sayında azalma müşahidə olunub.