ABŞ Silahlı Qüvvələri İrana qarşı daha bir zərbə dalğasını başa çatdırıb.
Postxronika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, ardıcıl beşinci gecə İrana qarşı yeni hücumlar həyata keçirilib və Bakı vaxtı ilə saat 05:40-da sonuncu böyük zərbə dalğası tamamlanıb. Əməliyyat çərçivəsində ABŞ hərbçiləri İranın sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla onlarla hərbi obyektini hədəf alıb. Hücumlar zamanı qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə olunub.
CENTCOM bu əməliyyatların məqsədinin İranın hərbi potensialını daha da zəiflətmək olduğunu bəyan edib.
Digər tərəfdən, Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib ki, yaranmış gərginliyə baxmayaraq, İran ABŞ ilə danışıqları davam etdirir.