İyulun 16-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan isə 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, sutka ərzində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.