İyulun 16-da polis əməkdaşları tərəfindən ölkə ərazisində uğurlu əməliyyat və axtarış tədbirləri həyata keçirilib.
Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə dələduzluq əməlinə görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.