İyulun 16-da polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbirləri keçirilib.
Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 43,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə yabanı halda bitmiş 11 777 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib.