İyulun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkarlayıblar.

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilən tədbirlər nəticəsində 2 avtomat silahı, 5 tüfəng, 4 patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.