ABŞ-nin İranın Bəndər Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Postxronika.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

​Məlumata görə, hücum zamanı daha 9 nəfər yaralanıb. Hadisə yerində xilasetmə və təcili tibbi yardım xidmətləri fəaliyyətini davam etdirir.

​Zərbələr nəticəsində həmçinin iki körpüyə ziyan dəyib. Hazırda Bəndər Abbas–Lar avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub və sürücülərə həmin marşrutdan istifadə etməmələri tövsiyə edilib.