Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası mənzilin dayanıqlı inkişaf və insan rifahı baxımından əhəmiyyətini bir daha gündəmə gətirib.
Postxronika.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-də keçirilən Yüksəksəviyyəli İclas çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda əlverişli mənzil təminatının genişləndirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində 2016-cı ildən bəri 18 yaşayış layihəsi icra olunub və 14 minə yaxın mənzil istifadəyə verilib. Mənzil sahibi olanların təxminən 70 faizini isə 35 yaşadək gənclər təşkil edir.
Anar Quliyev əlavə edib ki, güzəştli ipoteka proqramları və “kirayə götürüb sonradan alma” mexanizmi vətəndaşların mənzil əldə etməsinə əlavə imkanlar yaradır.